I Liqa təmsilçisi “Şamaxı” cari mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək yönündə növbəti transferini reallaşdırıb. Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəz müdafiəçisi Arsen Ağcabəyov şamaxılarla bu çempionatın sonunadək anlaşıb.
U-21 yığmamızın sabiq üzvü keçən mövsüm məhz "Şamaxı"da çıxış edərək, Premyer Liqadan düşəndən sonra I Liqanın debütanrı “İrəvan”a keçmişdi.
Xatırladaq ki, "Şamaxı" qış fasiləsində daha öncə yarımmüdafiəçi Roman Hüseynov, hücumçu Bəhruz Teymurov və müdafiəçi Səbayıl Bağırovu heyətinə qatıb.
Paylaş
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC