Gürcüstan 2028-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəyir
Presssport.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
O, mötəbər turnirin finalı üçün Tbilisidə yeni stadionun tikiləcəyini elan edib: "Həm futbol, həm də reqbi üçün yeni stadion inşa edəcəyik. Mühüm meqalayihəni elan etmək istərik. Həmin stadionunun 70 minlik tutumu olacaq. Təbii ki, beynəlxalq standartlara da cavab verəcək. Bu da bizə Çempionlar Liqasının finalı kimi mühüm turnirləri ev sahibliyi etməyimizə imkan yaradacaq. 2028-ci ildə ÇL-in finalını yeni inşa etdirəcəyimiz stadionda qəbul etmək üçün namizədliyimizi irəli sürəcəyik".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC