Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 finalçılar müəyyənləşib

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/8 final mərhələsinin oyunları keçirilib. 

Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 16 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.

1/8 final mərhələsinin ilk günündə "Yeni Suraxanı" və “Günəşli” arasında baş tutan görüşdə oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Penalti zərbələrində daha dəqiq olan "Günəşli" yarışın qalibi olub - 4:3. 

Ardınca "Bülbülə" və “Qaraçuxur” qarşılaşıb. Komandalar arasında baş tutan görüş "Qaraçuxur"un qalibiyyəti ilə yekunlaşıb - 13:1. "Şağan" və "Binə" arasında keçirilən görüşdə qalib müəyyənləşməyib - 1:1. Penalti zərbələrində "Şağan" komandası güclü olub - 3:1. Növbəti görüşdə "Mərdəkan" "Qala"ya 6:2 hesabı ilə qalib gəlib.

Aprelin 21-də 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. "Maştağa və "Zabrat" oyununda hesab açılmayıb - 0:0. Penalti zərbələrində “Maştağa” məğlub olub - 1:3. "Mehdiabad" və “Biləcəri” arasında reallaşan oyun heç-heç ilə başa çatıb - 1:1. Penalti zərbəsində "Biləcəri" qalib olub - 2:1. "Sabunçu" "Pirşağı"ya 3:1, "Aşağı Güzdək" “Binəqədi”yə 6:4 hesabı ilə qalib gəliblər.

Qalib komandalar 1/4 final mərhələsinə vəsiqə qazanıblar.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC