Taşkın Türkiyə klubunu keçdi, hədəfini açıqladı

“Turan Tovuz”un futbolçusu Sertan Taşkının Türkiyə “Manisa”sına keçidi rəsmiləşib. Presssport.az Manisa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi yeni klubuyla 1,5 illik müqavilə imzalayıb. Millimizin də üzvü olmuş Taşkın TFF I Liqa təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşüb: “Manisa”ya keçdiyim üçün xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacam”. Xatırladaq ki, Sertan Taşkın cari mövsümün ilk yarısında “Turan Tovuz”un heyətində Premyer Liqada 16 oyun keçiriərək 1 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC