"Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias Rumıniyanın ÇFR klubuna qayıtmaq ehtimalından danışıb.
Presssport.az xəbər verir ki, təcrübəli futbolçu son xəbərləri oxuduğunu və Kluja qayıtmağımla bağlı heç nə bilmədiyini söyləyib: “Ancaq hamının bildiyi kimi, futbolda hər şey mümkündü. Bilirəm ki, məni təkcə ÇFR-ə deyil, bütövlükdə Rumıniyada da dəyərləndirirlər. Odur ki, fürsət düşsə, təbii ki, ora qayıdardım. Təəssüf ki, gördüyüm kimi, hazırda komandanın işi yaxşı deyil. Ümid edirəm ki, o, yenidən güclü olacaq”.
Matias hazırkı komandasıyıa 2-ci yeri hədəfə aldıqlarını deyib: “Neftçi”də özümü yaxşı hiss edirəm. Demək olar ki, hər matçda imkanım olanda oynayırdım. Bu mövsüm “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdu. Buna görə də 2-ci yeri hədəfləyirik. Buna çalışırıq".
Xatırladaq ki, Yuri "Neftçi"yə ötən yay ÇFR-dən keçərək, 2025-ci ilin iyun ayınadək müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC