Qol.az-18!

Bu gün QOL.az saytının fəaliyyətə başlamasından 18 il ötür.

2008-ci ilin bu günü, noyabrın 17-də QOL.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son illlər QOL.az Azərbaycanın ən çox oxunan idman portalları siyahısında liderliyini qoruyub saxlamaqdadı. Belə ki, gün ərzində orta hesabla 22-25 mindən çox İP-dən idman, xüsusilə futbol xəbəri əldə etmək üçün məhz QOL.az-a müraciət olunur. Sayt fərqli analitik yazıları ilə də yaxşı mənada diqqət çəkib.

Onu da bildirək ki, MEDİA Agentliyinin reyestrində olan QOL.az Azərbaycan Mətbuat Şurasının da üzvüdür və “5 Media" şirkətinin media layihələrindən biridi.

Presssport.az saytının kollektivi Qol.az-dakı həmkarlarını ad günləri münasibətilə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC