19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb.
Presssport.az-ın məlumatına görə, Farer adalarının müvafiq yaş qrupundan olan kollektivi ilə qarşılaşan komanda səfərdə 2:0 hesablı qələbə qazanıb.
Azərbaycanın qollarını 16-cı dəqiqədə Ümid Səlimov və 67-ci dəqiqədə penalti zərbəsindən Mustafa Kamara vurub.
Xatırladaq ki, U-19 əvvəlki matçlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə uduzub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC