“Komo”nun yarımmüdafiəçisi Niko Pas karyerasını davam etdirəcəyi klubla bağlı tələblərini müəyyənləşdirib.
Presssport.az xəbər verir ki, “The Touchline” nəşrinin məlumatına görə, 22 yaşlı argentinalının əsas şərti yeni komandasının Çempionlar Liqasında iştirak etməsidir. O, həmçinin əsas heyətdə yer alacağına əmin olmaq istəyir.
Bildirilir ki, Pas bu şərtlərdən ən azı birini yerinə yetirə bilməyəcək kluba keçməyə razı deyil.
Qeyd edək ki, daha əvvəl “Real”, “Mançester Yunayted” və digər Avropa klublarının Pasla maraqlandığı bildirilib.
Xatırladaq ki, argentinalı futbolçu bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC