“Komandanın hazırkı vəziyyəti məni qane edir”

Azərbaycanın U-20 millisinin baş məşqçisi Rui Jorje bu gün İraqla keçirilən yoldaşlıq görüşündən (0:0) sonra matç haqda fikirlərini bölüşüb.

 

Presssport.az xəbər verir ki, mütəxəsis komandasının oyunundan razı qaldığını vurğulayıb:

 

“Oyunun bəzi hissələrində keyfiyyətli futbol nümayiş etdirdik. Müdafiədə etibarlı oynadıq. Topun hərəkətində bir qədər lənglik var idi. Buna baxmayaraq ilk hissədə üç real qol imkanı yaratdıq, sadəcə onlardan daha yaxşı yararlana bilərdik. Güclü külək də hər iki komandanın oyununa təsir göstərirdi.

 

Futbolçularımın çıxışından olduqca razıyam. Onlar tapşırıqlarımı yerinə yetirməyə çalışır və tələblərimə müsbət cavab verirlər. Əsas məqsədimiz inkişafı davam etdirməkdir. Komandanın hazırkı vəziyyəti məni qane edir. Hər bir futbolçu millidə oynamağa layiq olduğunu göstərməyə çalışır.

 

Mənim vəzifəm digər məşqçilərin işinə müdaxilə etmək deyil. “Neftçi” və “Sabah”ın əvəzedici komandalarının baş məşqçiləri ilə mütəmadi əlaqə saxlayır, futbolçular barədə fikir mübadiləsi aparırıq. Bu, onların işinə qarışdığım demək deyil. Onlar da mənim fəaliyyətimə müdaxilə etmirlər”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC