Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.

 

Presssport.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə bitib.

 

Azərbaycan komandasının qollarını Elgün Dünyamalıyev (28), Əli Xəlilov (42), İlkin Cəfərli (65) və Niyazi Osmanov (78) vurublar.

 

Qeyd edək ki, Omanın U-23 komandasına qarşı keçirilən ilk yoxlama matçında seçməmiz 2:1 hesablı qələbə qazanmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC