"Venesiya" və "Valensiya" Artyom Dovbiki heyətinə qatmaq istəyir

Müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsus olan və hazırda icarə əsasında A Seriyasının digər təmsilçisi "Bolonya"da çıxış edən hücumçu Artyom Dovbik iki klubun maraq dairəsinə düşüb.

 

Presssport.az insayder Nikolo Şiraya istinadən xəbər verir ki, "Venesiya" (İtaliya) və "Valensiya" (İspaniya) ukraynalı forvardın mümkün keçidi ilə bağlı sorğu göndəriblər.

 

Hər iki klub oyunçunu satınalma hüququ ilə icarəyə götürmək niyyətindədir. Dovbik qışda "Bolonya"nı vaxtından əvvəl tərk edərək Roma təmsilçisinə qayıda bilər.

 

Qeyd edək ki, 29 yaşlı ukraynalı futbolçu İtaliya çempionatının cari mövsümündə 5 matçda meydana çıxıb və 1 qol vurub. Dovbikin dəyəri 15 milyon avro qiymətləndirilir.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC