İngiltərənin "Çelsi" klubu qış transfer dönəmində İspaniya təmsilçisi "Barselona"nın iki futbolçusunu transfer etmək niyyətindədir.
Presssport.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi Fermin Lopes və cinah müdafiəçisi Jül Kundedir.
"Zadəganlar"ın baş məşqçisi Xabi Alonso hər iki oyunçunu komandasında görmək istəyir. Artıq futbolçularla danışıqlara start verilib və "Çelsi" bu keçidlər üçün 180 milyon avro vəsait ayırıb.
Xatırladaq ki, F.Lopes 2023-cü ildə "Barselona"nın əsas komandasına cəlb edilib. J.Kunde isə 2022-ci ildən Kataloniya klubunun formasını geyinir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC