"İnter" Karlos Auqusto ilə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib

İtaliyanın "İnter" klubu müdafiəçisi Karlos Auqusto ilə sözləşmənin müddətini uzatmaq üçün razılıq əldə edib.

 

Presssport.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 27 yaşlı braziliyalı futbolçu ilə yeni müqavilənin müddəti 2031-ci ilin iyununa qədər nəzərdə tutulub.

 

2024-cü ilin iyulundan "İnter"də çıxış edən futbolçunun sözləşməsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

 

Qeyd edək ki, K.Auqusto 2026/2027 mövsümündə meydana çıxdığı 12 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunun dəyərini 23 milyon avro qiymətləndirir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC