Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruynenin karyerasını İngiltərədə davam etdirməsi real görünmür.

 

Presssport.az xəbər verir ki, “Football Insider”in məlumatına görə, belçikalı futbolçunun MLS-ə və ya Səudiyyə Ərəbistanı çempionatına yollanmaq ehtimalı daha yüksəkdir.

 

De Bruynenin yüksək məvacibi İngiltərə klublarının onun transferinə marağını azaldan əsas amillərdəndir. Yarımmüdafiəçi daha əvvəl maliyyə baxımdan cəlbedici təklif olacağı təqdirdə Səudiyyə Ərəbistanına köçməyə açıq olduğunu bildirmişdi.

 

Səhhətindəki problemləri geridə qoyan 34 yaşlı futbolçu bu mövsüm 15 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, De Bruynenin “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC