Rusiyalı MMA döyüşçüləri Usman Nurmaqomedov, qardaşı Umar Nurmaqomedov və onların komandasının digər üzvləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdən azad ediliblər.
Presssport.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Əbu-Dabinin Məhkəmə Departamenti rəsmi məlumat yayıb.
Bildirilib ki, oteldə baş vermiş kütləvi dava ilə bağlı məhkum olunan 8 nəfərin cəzası yüngülləşdirilib. Əvvəlcə onların hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 300 min dirhəm (təxminən 82 min dollar) məbləğində cərimələnmişdi.
Məhkəmənin yeni qərarına əsasən, həbs cəzası ləğv olunub və hər bir şəxs üçün 150 min dirhəm (təxminən 41 min dollar) məbləğində cərimə müəyyənləşdirilib.
Qərarın tərəflər arasında barışıq əldə olunması, qarşılıqlı iddialardan imtina edilməsi, həmçinin zərərçəkmiş Merab Dvalişvilinin Nurmaqomedov və komandasının azadlığa buraxılması üçün Əbu-Dabi hakimiyyətinə müraciətindən sonra verildiyi bildirilib.
Xatırladaq ki, noyabrın 11-də Əbu-Dabidəki otellərdən birində Usman Nurmaqomedov və onun komanda üzvləri ilə gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili arasında dava baş vermişdi. Hadisədən sonra 10 nəfər saxlanılmışdı.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC