Qrizmann ilin ən yaxşı futbolçusu seçildi

“Orlando Siti”nin hücumçusu Antuan Qrizmann MLS-də ilin ən yaxşı yeni futbolçusu adına layiq görülüb.

 

Presssport.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

 

Fransalı futbolçu 2026-cı ilin martında “Orlando Siti” ilə müqavilə imzalayıb, iyulda isə komandanın heyətinə qoşulub. O, Florida təmsilçisinin heyətində bütün turnirlərdə 22 matça çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

“Orlando Siti” müntəzəm mövsümü Şərq Konfransında 8-ci pillədə başa vurub. Komanda MLS-in pley-off mərhələsinə vəsiqə qazanmaq üçün “Sinsinnati” ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Qrizmann karyerası ərzində “Real Sosyedad”, Madrid “Atletiko”su və “Barselona”da çıxış edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC