Türkiyə klubunun prezidenti millinin kapitanına 6,5 milyon avro maaş təklif etdi

"İnter"lə müqaviləsi mövsümün sonunda başa çatan Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.

 

Presssport.az xəbər verir ki, "Trabzonspor" türkiyəli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Karadeniz" qəzeti məlumat yayıb.

 

Klubun prezidenti Ertuğrul Doğan Hakanla görüşüb və ona illik 6,5 milyon avro maaş təklif edib. 32 yaşlı futbolçu hələ ki klub rəhbərinə konkret cavab verməyib.

 

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Türkiyə millisinin kapitanı cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC