PSJ "Barselona"nın müdafiçisi ilə maraqlanır

PSJ "Barselona"nın müdafiəçisi Alexandro Baldeni heyətinə qatmaqda maraqlıdır.

 

Presssport.az xəbər verir ki, Paris klubu qış transfer pəncərəsi ərəfəsində 23 yaşlı futbolçunun keçidini nəzərdən keçirir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

 

İspaniyalı oyunçu uğrunda mübarizədə "Monako" klubu da parislilərə rəqib ola bilər. Bundan əlavə, İngiltərə Premyer Liqası və İtaliya A Seriyasından bir neçə klub da futbolçunun ətrafındakı vəziyyəti izləyir.

 

Balde qarşıdan gələn transfer pəncərəsi açılmazdan əvvəl gələcəyi ilə bağlı yekun qərarını verə bilər.

 

Qeyd edək ki, 23 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlər daxil olmaqla cəmi 3 oyunda meydana çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC