"Onun 2030-cu ildən sonra da meydanlarda olacağına inanıram"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni “İnter Mayami”nin hücumçusu Lionel Messini gələcəkdə məşqçilər korpusunda görmək istədiyini bildirib.

 

Presssport.az xəbər verir ki, Skaloni ulduz futbolçunun köməkçisi kimi fəaliyyət göstərməsi ehtimalına münasibət bildirib:

 

“Əgər Messi məşqçilər korpusuna qoşulmaq istəsə, buna heç bir maneə yoxdur. Xüsusilə də indi, Valter Samuelin komandadan ayrılmasından sonra.

 

Düşünürəm ki, Leo futbolçu karyerasını davam etdirəcək. Ola bilsin, artıq milli komandada oynamasın, amma 2030-cu ildən sonra da meydanlarda olacağına inanıram. Ümid edirəm ki, Messi bacardığı qədər uzun müddət futbol oynamağa davam edəcək”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC