Harri Keyn 78 illik rekordu təkrarladı

İngiltərə millisinin hücumçusu Harri Keyn 78 il ərzində əlçatmaz qalan rekordu təkrarlayıb.

 

Presssport.az xəbər verir ki, 33 yaşlı forvard milli komandanın ardıcıl 7-ci səfər oyununda fərqlənərək bu nailiyyətə imza atan ikinci ingiltərəli futbolçu olub.

 

​Keyn 1946-cı ilin sentyabrından 1948-ci ilin mayına qədər millinin 7 səfər matçında qol vuran "Preston"un sabiq hücumçusu Tom Finninin göstəricisinə çatıb. İngilislərin kapitanı bu nəticəni Millətlər Liqasının 6-cı turunda İspaniya üzərində qazanılan qələbə (3:2) zamanı əldə edib.

 

​Ümumilikdə, təcrübəli oyunçu İngiltərə yığmasının heyətində 127 görüş keçirib, 93 qol vurub və 22 məhsuldar ötürmə edib. O, milli komanda ilə birlikdə iki dəfə - 2020 və 2024-cü illərdə Avropa çempionatının finalına yüksəlib.

 

Keyn bir neçə gün əvvəl Piter Şiltonun əvvəlki nailiyyətini geridə qoyaraq keçirilən oyunların sayına görə də yığmanın rekordçusu olmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC