İtaliya A Seriyasının XXXIII turunda əzəli rəqibi "Milan"ı yenərək (2:1) sona 5 tur qalmış çempionluğu təmin edən "İnter"in baş məşqçisi Simone İnzagi tanınmış portuqaliyalı həmkarı Joze Mourinyonu arxada qoyub.
Presssport.az xəbər verir ki, bu, Milan klubunda qazandığı titul sayına görədi.
Belə ki, bu çempionluq İnzaqinin əldə etdiyi 6-cı mükafatdı. O, hazırkı vəzifəsində daha öncə 2 dəfə İtaliya Kubokuna və 3 dəfə ölkə Superkubokuna yiyələnib.
Mourinyo "İnter"də 5 kubok qazana bilib. "Neradzurra"nın rekordçuları isə hərəyə 7 titulla Helenio Herrera və Roberto Mançinidi.
Onu da bildirək ki, “İnter” A Seriyasının yarandığı 1929/30 mövsümündən bu yana 20-ci dəfə çempion olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC