"Krasnodar"ın braziliyalı futbolçusu Kadi Borges bu mövsüm qazandığı oyun şansı haqqında danışıb.
Presssport.az xəbər verir ki, "Qarabağ"ın 28 yaşlı sabiq yarımmüdafiəçisi son vaxtlar bütün oyunu meydanda olmasa da, komandaya kömək etməyə həmişə hazır olduğunu vurğulayıb: “Oynayıb-oynamamağım baş məşqçinin qərarıdı, mən həmişə hazıram. Komandaya kömək etmək üçün əlimdən gələni edəcəm. İndi oyundan-oyuna inkişaf edirik”.
Bu yerdə bildirək ki, Kadi cari mövsüm "Krasnodar"ın heyətində bütün yarışlarda 28 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Qarabağ"a qayıtmaq istəməsi ilə bağlı xəbərlər yayılan futbolçunun klubuyla müqaviləsi 2026-cı ilin iyununadəki.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC