“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı

“Barselona” sağ cinah müdafiəçisi Xavi Espartla müqaviləsini uzadıb.

 

Presssport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

Klubun sosial şəbəkə hesabında müqavilənin uzadılması ilə bağlı paylaşımda “Gələcək artıq buradadır və o, parlaqdır” ifadəsi yer alıb.

 

Xavinin yeni sözləşməsi 2030-cü ilin yayınadək nəzərdə tutulub. 19 yaşlı futbolçu “Barselona”nın yetirməsidir. O, əsas komandada debütünü 10 mart 2026-cı ildə Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirib. Espart indiyədək Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC