Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib

Misli Premyer Liqasının XII turunda "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib.

 

Presssport.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda keçirilən matçda Tovuz təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

 

Qolları 34-cü dəqiqədə Joarlem Santos, 88-ci dəqiqədə isə İbrahima Vadji rəqib qapısından keçiriblər. Bu nəticədən sonra "Turan Tovuz" turnir cədvəlində 24 xalla üçüncü pillədə qərarlaşıb. 14 xala malik "Şamaxı" isə 7-cidir.

 

Günün ikinci duelində "Şəfa" "Qəbələ"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq.

 

Xatırladaq ki, XII turun ilk oyun günündə "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" isə səfərdə "Sumqayıt"a (5:1) qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC