Albaniya Superliqasında 12-ci turun oyunları keçirilir.
Presssport.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Skenderbeu”nun qonağı olub.
Matç meydan sahiblərinin 1:0 qələbəsi ilə yekunlaşıb. Georgios Lagonidisin 2-ci dəqiqədə vurduğu qol “Skenderbeu”ya qələbə qazandırıb.
Zamiq Əliyev qarşılaşmaya start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Məğlubiyyətə baxmayaraq, “Eqnatiya” 27 xalla turnir cədvəlində liderdir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC