“MTV Azərbaycan” telekanalında həftəlik futbol verilişi “Penalti”nin növbəti efir buraxılışı olub.
Presssport.az xəbər verir ki, İlkin Babayla Xose Bernardonun aparıcı olduğu verilişin budəfəki qonalqarı idman jurnalisti Mirbağır Cəfəriylə futbol məşqçisi Qəzənfər Abbasov olub.
Müzakirə mövzusu milli komandamızın son oyunları olub. Belə ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının D Liqasında qrup qalibi olub, amma əmmalar var. Bax, bütün bunlar 1 saatlıq verilişində müzakirə olunub, millimizin çıxışı geniş təhlil olunub.
Bu həftədən Presssport.az saytının informasiya dəstəyi olan verilişi aşağıdakı linkdən izləyə bilərsiniz:
MTV - Penalti - 19.11.26 - YouTube
Onu da bildirək ki, hər həftənin cümə axşamı saat 23:00-da efirə gedən "Penalti"nin növbəti buraxılışında qonaq tanınmış futbol mütəxəssisi, milli komandamızın sabiq kapitanı Tərlan Əhmədov olacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC