Ronaldo 986-cı qolunu vurdu

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo karyerasında 986-cı qolunu vurub.

 

Presssport.az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı Pro Liqasının 9-cu turunda "Əl-Əhli" ilə qarşılaşmada fərqlənib.

 

O, matçın 14-cü dəqiqəsində hesabı açıb. Lakin Ronaldonun komandası yekunda 1:3 hesabı ilə məğlub olub.

 

Bununla da Ronaldo karyerasındakı qollarının sayını 986-ya çatdırıb. O, Portuqaliya millisində 146, klub səviyyəsində isə 840 qol vurub.

 

Qeyd edək ki, "Əl-Nəsr" 12 oyundan sonra 28 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Əl-Əhli" isə 21 xalla altıncıdır.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC