"Mançester Siti"nin yarımmüdafiəçisi İtaliyada oynaya bilər

"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatan Mateo Kovaçiç komandanı tərk edə bilər.

 

Presssport.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin karyerasını İtaliya A Seriyasında davam etdirmək ehtimalı var. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

 

Üç klub Kovaçiçin xidmətində maraqlıdır. Bunlar "Milan", "Napoli" və "Yuventus"dur. Adıçəkilən klublar gələn yay azad agent statusunda olacaq 32 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırırlar.

 

Qeyd edək ki, "Mançester Siti" Mateo Kovaçiçi 2023-cü ilin yayında "Çelsi"dən 29 milyon avroya transfer edib. Xorvatiya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC