"Zəngəzur" UEFA Regionlar Kubokunda bu gün ilk oyununa çıxacaq

Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda bu gün ilk oyununa çıxacaq.

 

Presssport.az-ın məlumatına görə, 7-ci qrupda yer alan komanda I turda Polşanın "Dolnoşlyonski" kollektivi ilə üz-üzə gələcək.

 

Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

 

Sözügedən qrupda həmçinin qardaş ölkə təmsilçisi "İstanbul" və Rumıniyanın "The Carpathians" klubları da mübarizə aparır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC