Bu gün mediada Bədavi Hüseynovun Andorra – Azərbaycan matçının oyun protokolunda yer almaması ilə əlaqədar yığmamıza texniki məğlubiyyət veriləcəyi barədə xəbərlər yayılıb.
Presssport.az xəbər verir ki, Xitab24 məsələ ilə bağlı AFFA-ya sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, Bədavi Hüseynovun adı UEFA-nın rəsmi platformasında yayımlanan Andorra – Azərbaycan oyununun protokolunda yer alıb:
"AFFA-ya qarşılaşma ilə bağlı hər hansı qayda pozuntusu və ya texniki məğlubiyyət ehtimalı üzrə rəsmi müraciət daxil olmayıb. Təəssüf ki, bu cür xəbərlər AFFA ilə dəqiqləşdirilmədən, qurumun mövqeyi öyrənilmədən ictimaiyyətə təqdim olunur".
Qeyd edək ki, sözügedən yoxlama matçı millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC