İtaliya klubu millimizin hücumçusu ilə müqavilə imzaladı

"Sampdoriya" Azərbaycanın U-21 milli komandasının hücumçusu Lorenzo Mezzoteronun müqaviləsinin müddətini artırıb.

 

Presssport.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

18 yaşlı forvardla 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

 

Qeyd edək ki, Lorenzo Mezzotero 2024-cü ilin yayından "Sampdoriya"da çıxış edir. Gənc futbolçu cari mövsümdə B Seriyası təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.  Ayxan Abbasov Mezzoteronu Azərbaycanın əsas milli komandasına dəvət etmişdi. O. zədəli olduğu üçün yığmanın toplanışına qatıla bilməyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC