5 boksçumuzun hamısı dayandı - Avropa çempionatında

Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının (15 aprel - 29 aprel) 6-cı günü Azərbaycan boksçuları üçün uğursuz olub.

Presssport.a xəbər verir ki, dünən 1/4 final mərhələsində rinqdə çıxan 5 qadın boksçusumuzun hamısı məğlub olub. Beləliklə, onlar Avropa çempionatını medalsız başa vurub.

Həmin boksçuların iştirakı ilə keçirilən döyüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

48 kq. Anaxanım İsmayılova – Sevda Yuliyanova (Bolqarıstan) - 0:5

50 kq. Marjona Savriyeva – Nina Radovanoviç (Serbiya) 1:4

52 kq. Zeynəb Rəhimova – Venelina Poptoleva (Bolqarıstan) - 0:5

57 kq. Məhsəti Həmzəyeva – Svetlana Kamenova (Bolqarıstan) - 0:5

66 kq. Şəhla Allahverdiyeva – Milena Matoviç (Serbiya) - 0:5

Xatırladaq ki, milli komandamız Avropa çempionatına ümumən 18 boksçu ilə yollanıb. Onlardan 11-i çıxışını başa vurub. Hələlik yalnız kişi boksçusu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC