Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb. Qurumdan Presssport.az-a verilən məlumata görə, sənədi AVF-nin prezidenti Şahin Bağırov və ölkəmizdə səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıb. Anlaşmada iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb. 

Tədbirdə bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC