Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatında 1/4 final döyüşləri keçirilib.
Presssport.az xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin daha 1 idmançısı qələbə qazanaraq yarımfinala yüksəlib.
63,5 kq Malik Həsənov 3-cü görüşündə Din Klensi (İrlandiya) ilə qarşılaşıb. Boksçumuz rəqibini hər 3 raundda məğlub edib. Həsənov yekunda Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısına 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq.
Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilərimiz bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaq.
Xatırladaq ki, bir gün öncə Alfonso Dominqes (92 kq) də yarımfinalda iştirak hüququ qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC