Bojoviç yaxşı müdafiə olunmadıqlarını açıqladı: "Nəticəyə fokuslanmalı və istədiyimiz yeri tutmalıyıq"

“İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi”.

Presssport.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib. Monteneqrolu mütəxəssis qarşılaşmada ikinci yarının daha maraqlı alındığını söyləyib: "Çoxlu qol vəziyyəti oldu. Bu gün əvvəlki görüşlərdə özlərini göstərə bilməyən futbolçulara şans verdim. Yaxşı müdafiə oluna bilmədik. Bu istiqamətdə işləyirik. Qarşıda 5 oyun var. Nəticəyə fokuslanmalı və istədiyimiz yeri tutmalıyıq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC