Qurban Qurbanov kubokun əlavə prestij olması, adının "Beşiktaş" ətrafında hallanması və oğlunun dönüşü ehtimalı haqda: "Klubun razılığı olmasa, oyunçu harasa gedə bilməz"

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" matçından (4:1) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
- Futbolçularımı təbrik edirəm. Yenidən finala vəsiqə qazandılar. Ölkə kuboku əlavə prestijdi. Hər bir futbolçu kuboku qaldırmaq istəyər. Oyundan razı qaldım. "Neftçi"yə uğurlar arzu edirəm.
- Çempionluq əldə olunub. Fikrinizdə yayda edə biləcəyiniz taktikaları qarşıdakı oyunlarda tətbiq etməl var?
- Böyük dəyişiklik etmək fikrində deyilik. Düşündüklərimizi yerinə yetirməyə çalışırıq. Bu gün nəyisə təkmilləşdirməyə şansımız varsa, oyunçulardan tələb edirik. Sistem dəyişikliyinin tərəfdarı deyiləm. Oyunun gedişində hər hansı dəyişikliklər ola bilər. Amma onların fikrini qarşışdırmaq istəmirəm. Öncəliklə rəqibə uyğun çıxış etməli, onlara meydanda çıxış etməyə imkan verməli deyilik.
- Juninyonun komandadan gedəcəyi deyilir...
- Elə bir problem görmürəm. Futbolçuların bir çoxunun müqaviləsi var. Klubun razılığı olmasa, oyunçu harasa gedə bilməz. Ola bilər, oyunçular həvəsli olsun. Amma hər birinin müqaviləsi var. Juninyo da onlardan biridi. O burda olmaqdan razıdı. Rəsmi olaraq belə bir şey yoxdur.
- Kənardan elə görüntü yaranırdı ki, oyunçular daha baxımlı qol vurmaq istəyirlər. Həmçinin mərkəzdən rəqibin müdafiəsini yarmağa çalışırdılar. Belə tapşırığınız var idi?
- Rəqib hansı zonadan imkan verirsə, istifadə etməyə çalışırıq. Oyunun mərkəzindən hücuma keçmək planlarımız daxilində idi. Rəqib imkan verdiyi qədər istifadə etməyə çalışdıq. Bəzən alındı, bəzən yox.
- Oğlunuz Musanın "Qarabağ"a qayıtmaq ehtimalı var?
- Hazırda müzakirə olunmur. Onlarda ilk dövrə yeni başlayır. Düşüncəmiz komandamızın optimal formada mövsümü başa vurmasıdı. Transfer dönəmi gələndə müzakirə oluna bilər.
- Çempionatda klub sayı artırlması müzakirə olunur. İK-nın üzvü kimi, bu haqda fikirlərinizi almaq maraqlı olardı…
- Burada fikir bildirsəm, düzgün olmaz. Daha əvvəl bildirmişdim ki, sayın artması vacibdi. Lakin bundan əvvəl keyfiyyətdi. Sayı artırıb sonra komanda problem yaşayacaqsa, düzgün olmaz. İşi görəndə keyfiyyətli görmək lazımdır. Tam məlumatım yoxdur bu barədə. Amma dediyim kimi tərəfdarıyam ki, say çoxalsın. Belə olduqda azarkeş sayı, futbola sevgi artacaq. Amma buna qədər bəzi elementləri müzakirə etmək lazımdır.
- Türkiyə mətbuatında adınız "Beşiktaş"la hallanır. Buna fikirləriniz nədir?
- Bu barədə fikir bildirmək düzgün olmaz. Fikrimin yayınmasına ehtiyac yoxdur. Bu normal prosesdi. Hazırda rəsmi bir şey yoxdu. İndi bu klubdayam, "Qarabağ"a bağlıyam. Özümüzdə bunu müzakirə etsək, yaxşı olar. Bu cür fikirlərdən uzaq olmağı xoşlayıram. Qərar qəbul olunduqdan sonra bunu müzakirə etmək istəyirəm. Bəzən məlumatları ucuzlaşdırmaq lazım deyil. İstəyirəm ki, sizdə daha dəqiq məlumat olsun, ondan sonra müzakirə edək. Bu az müzakirə olunsa, daha yaxşı olar. Sağ olsunlar. Bu Qurbanın yox, Azərbaycan futbolunun tanınması deməkdi.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC