Azərbaycan kubokunda yeni rekord qeydə alınıb

Azərbaycan kubokunda yeni rekord qeydə alınıb.

Presssport.az xəbər verir ki, bu, turnirin yarımfinal mərhələsində gerçəkləşib.

Raundun 4 matçında qapılara 14 qol vurulub. Bu isə yarışın 32 illik tarixində mütləq rekorddu. İndiyədək yarımfinalda ən çox qol 1994/95 və 2008/09 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin qeydə alındığı yarımfinaldı. 2021/22 mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.

Xatırladaq ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) 9, “Zirə” ilə “Qəbələ”nin matçlarında (2:1, 2:0) 5 top qeydə alınıb. "Zirə" və "Qarabağ" finalda iyunun 2-də üz-üzə gələcək. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC