"Qarabağ"ın futbolçusu Olavio Juninyo Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə cavab görüşündən sonra jurnalistlərə açıqlama verib.
Presssport.az xəbər verir ki, 28 yaşlı hücumçu əvvəlcə komandasının finala adlaması haqda təəssüratlarını bölüşüb: "Təbii ki, qeydə alınan nəticəyə və finalda olduğumuza görə xoşbəxtik. Titulu qazanmağa cəmi 1 oyun qalıb. Bu, final oyunudur və bir matçdan ibarətdir. Kim daha hazırlıqlı olacaqsa, o da qələbə qazanacaq".
Braziliyalı forvard "Neftçi"yə ilk görüşdə 4:0 hesabı ilə qalib gəlməklərinə baxmayaraq, cavab matçında da istəkli oynayaraq 4:1 hesablı qələbə qazanmaqlarının səbəbini də açıqlayıb: "Məşqçimiz rahatlaşmağımıza imkan vermir. Hər oyuna qələbə üçün köklənirik".
Juninyo "Qarabağ"da qalıb-qalmayacağı haqda suala belə cavab verib: "Klubumla hələ 2 illik müqaviləm var. Amma bu, futboldu, hər şey olur. Gələcəklə bağlı nəsə demək asan deyil. Buna köklənmişəm ki, hələ klubla 2 illik müqaviləm var".
Olavio sonda adının tez-tez Fransa klubları ilə hallanması haqqında danışıb: "Sözün düzü, heç nədən xəbərim yoxdu. Bu məsələlərlə menecerim məşğul olur. Dediyim kimi, "Qarabağ"la 2 illik müqaviləm var. Azərbaycanda, "Qarabağ"da xoşbəxtəm. Yalnız buna köklənmişəm. Başqa nəsə deyə bilmərəm".
Xatırladaq ki, Juninyo ötən ilin yayından "Qarabağ"da oynayır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC