Matias azarkeşlərdən üzr istədi: "Onların etdikləri boykot “Neftçi”nin xeyirinə olmayacaq"

“Qarabağ”a qarşı oynamaq həmişə çətin olur. Hamı bilir ki, çox keyfiyyətli komandadı, oyunçuları keyfiyyətlidi. Hər oyun bunu göstərirlər. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar bizdən hər oyun qələbə gözləyirlər, əsasən də derbi oyunlarında. Ancaq onları sevindirə bilmirik. Düşünürəm ki, biz oyunçular əlimizdən gələni etdik. Lakin ələbə qazanmağa bu kifayət etmədi”. 

Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Yuri Matias Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a 1:4 hesabı ilə (ilk matç 0:4) uduzaraq mübarizəni dayandırdıqları cavab görüşündən sonra jurnalistlərə açıqlamada deyib.

O, “Qarabağ”ın “Neftçi”yə qarşı əsas heyətlə çıxdığını belə şərh edib: “Əlbəttə, bu, onun göstəricisidir ki, “Neftçi”yə hörmətlə yanaşırlar. “Neftçi” böyük, tarixi klubdu. Düşünürəm ki, bu amillərə görə “Neftçi”yə hörmətlə yanaşıb əsas heyətlə oynayırlar. Bu, sözün düzü, məni təəccübləndirmədi. Çünki gözləyirdim ki, bizə qarşı əsas  "11-lik"lə oynayacaqlar. Derbi oyununda yenidən məğlub olmaq üzücüdü. Azarkeşlər də çox üzülürlər ki, istəklərini yerinə yetirə bilmirik”. 

Braziliyalı müdafiəçi oyunda aldığı zədəsi haqda da söz açıb: “Höccət ayağımın üstünə çıxdı, ona görə ayağım burxuldu. Bundan sonra hiss elədim ki, ağrı var. Bazar günü də bizim vacib oyunumuz var. Düşündüm ki, əvəz olmağım daha uyğun olar”.

Matias “Neftçi əvvəlki kimi uğurlu etmək üçün nə lazımdır” sualına belə cavab verib: “Əvvəllər çalışırdım ki, hər çempionatın öndə gedən komandalarını izləyim. Ona görə Azərbaycanda olmadığım dönəmdə belə, “Neftçi”ni hər zaman qazanan və uğurlu klub kimi görmüşəm. Artıq bir ilə yaxın burdayam. Nəyi dəyişmək lazımdır, nə çatışmır - bunu deyəcək adam mən deyiləm. Çünki bunu bilmək üçün daha uzun müddət lazımdı ki, vəziyyəti tam dərk edəsən”. 

Yuri “Neftçi” və “Qarabağ”ın fərqindən danışıb: “Deyərdim ki, “Neftçi”də sabitlik çatışmır. Məncə, stabil olsaq nəticələrimiz, oyunumuz daha yaxşı olar. “Qarabağ”ın oyunu haqda danışsaq hamı razı olacaq ki, bu komanda illərin komandasıdı. O cür böyük rəqiblərə qarşı oynayırlar, təcrübə yığırlar. Düşünürəm ki, bizdə stabillik olsa, biz də o nəticəyə gəlib çıxa bilərik”. 

Matias Rumıniya mətbuata verdiyi müsahibənin Azərbaycanda yayılmasından da danışıb: “Verdiyim müsahibəni kim Azərbaycanda veribsə, düşünürəm ki, düz tərcümə etməyib. Ümumiyyətlə, son bir aydır adım Rumıniya mətbuatında çox hallanır - ÇFR ilə və digər klublarla. Bu, normaldı. Çünki o klubun uğurlu oyunçularından olmuşam. Orda məni yaxşı tanıyırlar, xatırlayırlar. Çünki çempion olmuşam, yaxşı uğurlar qazanmışam. Ona görə onların məni xatırlamaları normaldır. Amma mənə sual verilmişdir ki, Kluja qayıradımmı. Əlbəttə ki, qayıdardım. Ona görə ki, orda məni yaxşı qarşılayıblar, yaxşı günlər keçirmişəm. Bu üzdən dedim ki,  qapıımı həmişə açıq saxlayıram. Amma eyni şey “Neftçi”yə də aiddi. Nə vaxt “Neftçi”dən çıxıb getsəm, mənə eyni sualı versələr, eyni cavabı verərəm ki, əlbəttə, imkanım olsa, qayıdaram”. 

29 yaşlı legioner “Neftçi” azarkeşlərinin etdiyi boykot haqda da danışıb: “Sevindirici haldır ki, bura gəldiyim ilk günlərdən “Neftçi” azarkeşləri məni yaxşı qarşıladılar. Onların dəstəklərinə doğrudan da ehtiyacımız var. Çünki onlar həmişə “12-ci oyunçu”muz olub. Çalışmışam həmişə səmimi olum, bu suala da səmimi cavab verəcəm. Düşünürəm ki, etdikləri boykot “Neftçi”nin xeyirinə olmayacaq. Azarkeş həmişə kluba kömək, dəstək olmalıdı. Klubun adı həmişə oyunçulardan üstündü. Ona görə fikrimcə, klubu dəstəkləməyə davam etməlidirlər. Əlbəttə ki, onlarsız oyunlarımız çətin gedir. Onlar üçün darıxmışıq. Düşünürəm ki, onlar da bizi stadionlarda dəstəkləmək üçün darıxıblar. Qarşıdaki oyunlarımız vacib oyunlardır. Ümid edirəm ki, gəlib bizi dəstəkləyəcəklər”. 

Yuri “Neftçi”nin çempionatı turnir cədvəlində 2-ci yerdə bitirməsini mümkün hesab edir: “Hazırdaki durumda 1-ci yer artıq bəllidi. Ona görə məqsədimiz yalnız 2-ci yerdə bitirməkdi. Buna nail olmaq bizim üçün uğur sayılar. Hər şey öz əlimizdədir. Oynayacağımız rəqiblər də bizimlə mübarizə aparırlar. Həmin oyunlarda qələbə qazansaq, 2-ci yerdə bitirmiş olarıq”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC