"Barselona"nın baş məşqçisi xavi cari mövsümün sonunda postunu tərk etmək qərarını dəyişməsinin səbəbini açıqlayıb.
Presssport.az xəbər verir ki, 44 yaşlı ispaniyalı mütəxəssis bu klubun böyük fanatı olduğunu söyləyib: “Barselona”nın üzvüyəm və əsas olan bunu dərk etməkdi. Dünən prezidentlə görüşdük. Onun mənə inandığını hiss edirəm. Üç dəqiqə söhbətləşdik və bir-birimizi anladıq.
Düşünürəm ki, bu mövsüm mükafat qazana bilməsək belə, layihəni tamamlamamışıq".
Xavinin szölərinə görə, azarkeşlər də onu qalmaq barədə düşünməyə vadar edib: “Küçədə gedərkən insanların məni dəstəklədiyini görmək qərarımın dəyişməsinə yol açan məqamlardan biridi. Təbii ki, qarşılıqlı inam olduqca vacib məsələdi”.
Bşa məşqçinin fikrincə, klubun idman direktoru Deku ilə bir-birlərini yaxşı anlayırlar: "Futbolçular da öz davranışları ilə işimizi hələ bitirmədiyimizi isbatlayır. Məncə, hədəflərimizə çatmağa yaxınıq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC