"Qarabağ" Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Leandro Andrade zədəsini sağaldıb.
25 yaşlı portuqaliyalı futbolçu komanda ilə məşqlərdə iştirak edir. Andrade çempionat matçında komandaya kömək edə biləcək.
Xatırladaq ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması sabah saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC