Nyonda UEFA-nın antidopinq təhsili üzrə tədbirdə AMADA-nın əməkdaşları iştirak edib

İsveçrənin Nyon şəhərində UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib.

Presssport. az xəbər Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə ölkəmizi AMADA-nın Təhsil şöbəsinin əməkdaşı Qüdrət Səfərov və AFFA-nın həkimi Olcay Bayramov təmsil edib.

Ümumdünya Antidopinq Agentliyi (WADA), Avropa Şurası, Milli Antidopinq Təşkilatları İnstitutu (iNADO), Beynəlxalq Test Agentliyi, futbol federasiyaları assosiasiyaları və milli antidopinq təşkilatlarından 100-dən çox nümayəndəni bir araya gətirən tədbir təhsil vasitəsilə idmanda dürüstlüyün möhkəmləndirilməsinə qlobal öhdəlik nümayiş etdirib.

Tədbir zamanı UEFA-nın Antidopinq departamentinin rəhbəri Mark Vuyyamoz antidopinq səylərinin əsası kimi təhsilin həlledici rolunu vurğulayıb. Tədbirdə UEFA-nın Təhsil modelləri ətraflı nəzərdən keçirilib və antidopinq təcrübəsinin daha da təkmilləşdirilməsi üçün bu təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC