Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.
Presssport.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 kq-da mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.
Bu nəticə ilə millimizin yarışda qazandığı mükafatların sayı 7-yə yüksəlib. Daha əvvəl yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC