"Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XXXII turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə qarşılaşmaq haqda danışıb.
- Rəqib qapıçı Yusif İmanovu təbrik edirəm. Oyunun qalibi o idi. Yüz faizli 5 qol imkanından istifadə edə bilmədik və 2 yarımepizoddan qol buraxdıq. Komandama təşəkkür edirəm. Çox yaxşı komandamız var. Oyunumuzdan zövq aldım.
- Demək olarmı ki, "Səbail" Konfrans Liqasına vəsiqə uğrunda mübarizəsindən qopdu?
- Deməzdim. Həm birimiz öz aramızda oynayırıq. Qarşıda mümkün 12 xal var. Mübarizədən qopsaq belə bu, heç nəyi həll etmir. Yeni komandayıq. Avrokuboklara getməmək dünyanın sonu deyil.
- Yusif İmanovu təbrik etdiniz. Bəlkə bir az da öz hücumçularınızı qınayasınız?
- Bəli, daha yaxşı vura bilərdilər. Amma rəqib qapıçının çıxışı möhtəşəm idi. Qol epizodlarını yaradan da bu komandadır.
- Sərəncamınızda Yusif kimi qapıçı görmək istəyərdiniz?
- Qapıçılarım var, onlardan razıyam. Sadəcə, bugünkü oyunun qəhrəmanı Yusif idi. Onun da zəif oyunları olub. "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirəm. Yarımepizodlardan qollar vura bildilər. Bu da məşqçinin və futbolçuların əməyidi.
- Qələbə qazanmaq üçün nə çatmır?
- Futbolda stabil heyət, stabil oyun, stabil nəticə. Futbol bunların üzərində qurulub. Üçündan biri olmayanda nəticəni ala bilmirsən. 7 ayın komandasıyıq. Bu gün ötənilki heyətdən bir nəfər belə, meydanda yox idi. Daha yaxşı olmaq üçün müəyyən zaman lazımdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC