"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın XXXIII turunda "Səbail"i evdə 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
Presssport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb.
- Oyunçularımı təbrik edirəm, çox yaxşı oynadılar. Bu, ardıcıl 3-cü qələbəmizdi. Matçın əvvəlində bir qədər əsəbi idik. Çünki oyun bizim üçün olduqca önəmli idi. Qələbəyə layiq idik. Heç vaxt hansısa oyunçunu fərqləndirməmişəm. Amma bu gün Yusuf İmanovu xüsusi qeyd edərdim. Möhtəşəm performans sərgilədi. Digər futbolçular da hər şeylərini meydanda qoydular. Amma kor deyilik. Çoxlu texniki səhvlərə yol verdiyimizi gördük. Son 6 oyunda ilk dəfə qol buraxmadıq. Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq. Sabahdan növbəti oyunumuz haqda düşünəcəyik.
- Daha yaxşı "Sabah" görmək üçün nə qədər vaxt lazımdır?
- Bura gəldiyimdə hər şey mükəmməl deyildi. Heç bir məşqçi sehrbaz deyil, 2-3 aya problemləri yoluna qoya bilməz. Mövsüm ərzində zədəlilərimiz çox olub. Hazırda yaxşı əhval-ruhiyyədəyik. Addım-addım irəliyə doğru getməliyik. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdr. Bilirik ki, çətindir. Amma buna cəhd edəcəyik.
- Son iki oyunda Yusif İmanova şans verirsiniz. Bu oyundan sonra demək olar ki, əsas qapıçı Yusifdir?
- Üc qapıçımız var, üçü də yaxşı çalışır. Təəssüf ki, yalnız birini seçə bilirik. Hazırda növbəti oyunlarda qapıçını dəyişmək üçün səbəb yoxdu. Amma Yusif arxayınlaşmalı deyil. Kim layiqdirsə, o da meydana çıxacaq.
- Keyfiyyətin artması üçün Premyer Liqada komanda sayının artması vacibdi?
- Məncə, say artdıqca keyfiyyət aşağı düşəcək. Eyni şeyi Bosniya və Herseqovinada gördüm. Azərbaycan, Avstriya, Sloveniya kimi ölkələr üçün komanda sayının az olması yaxşıdır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC