"Kəpəz"in futbolçusu Premyer Liqada işini Qəbələdə bitirməyə kökləndiklərindan danışdı: "Bu, möcüzə olardı ki..."

“Son turda “Sabah”a uduzsaq da, ümumilikdə yaxşı oynadıq. Xüsusilə də ikinci hissədə. Sadəcə, ilk hissədəki qol vəziyyətlərindən istifadə edə bilsəydik, nəticə başqa cür olardı. İnanırdım ki, bu halda qələbə gələrdi".

Bu sözləri Presssport.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Şakir Seyidov deyib. 

O, yaxşı oyun göstərən komandasının yüzfaizli qol vəzyyətlərindən yararlana bilməməsinə belə izah verib: “Məşqlərdə bu çatışmazlığımızı qaldırmaq üzərində işləyirik. Demək olar hər məşqdə qapıya zərbələr üzərində çalışırıq. Sadəcə, bəzən qol alınır, bəzən yox. Bu dəfə alınmadı. İnşallah, növbəti tur alınar və Premyer Liqada qalmağımızı təmin edərik. Necə deyərlər, işi bitirərik”.

Məlumdu ki, “Kəpəz” bu turda Premyer Liqada qalmaq uğrunda mübarizə apardığı “Qəbələ”nin qonağı olacaq. Gəncəlilər son pillədə gedən rəqibini 14 xal qabaqlayır. Sona 5 tur qalmış məsələ demək olar həll olunub, yalnız rəsmiləşməsi qalıb. Elə Şakir də bu fikirdədi: “Razıyam ki, bu, möcuzə olar ki, 5 tur uduzaq, ”Qəbələ" də 5 turun hamısında qalib gələrək bizi keçsin. Amma əlbəttə, bu, futboldu, burda hər şey ola bilər. İnşallah, elə qarşıdakı matçda qalmaq söhbətini bağlayarıq".

Seydidov ter-tez stadion dəyişmələri haqda da söz açıb: “Sadəcə, əsas məsələ ondadı ki, təbii otda məşq edirik. Tovuzda isə ilk 15 dəqiqədə çətinliyi hiss edirsən, çünki süni meydançadı, qazon çox ağırdı. Qəbələdə isə həm havası, həm də meydançanın özü bizə tanışdı, uğurludu. Çünki ilk qələbələrimizə orda başlamışıq. Buna görə orda oynamaq bizə daha rahat olur”. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC