“Avropa çempionu olmaq xəyallarımdan biri idi”. Presssport.az xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdəki qitə yarışında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev deyib.
90 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempion olacağına çox inandığını vurğulayıb: "Arenaya girəndə özümü hazır hiss edirdim. İlk görüşüm bir az çətin çətin keçdi. Komanda yoldaşlarım, məşqçilər mənə güvənirdilər. Çox xoşbəxtəm, mənim günüm oldu".
Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub. Hacıyevdən başqa Hidayət Heydərov (73 kq) qızıl, Balabəy Ağayev (60 kq) gümüş mükafat əldə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC