Bu gün Azərbaycanın U-16 yığması Belarusun Minsk şəhərində keçirilən UEFA-nın inkişaf turnirində sonuncu oyununa çıxıb.
Presssport.az xəbər verir ki, İlham Yadullayevin komandası turnirdəki sonuncu oyununu Tacikistandan olan həmyaşıdlarına qarşı keçiriblər.
Yığmamız Tacikistanla 2:2 hesablı bərabərə qalıb. Penaltilər seriyasında Azərbaycan 3:1 hesablı qələbə qazanıb.
Millimizin heyətində qollara 10-cu dəqiqədə Əli Qazıbəyov, 13-cü dəqiqədə isə Ümid Səlimov imza atıblar.
Xatırladaq ki, bundan qabaq U-16 komandamız Belarusa 0:4, Özbəkistana 0:2 hesabı ilə uduzub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC