“Heyətimizdə yeganə itki cəzalı Ehtiram Şahverdiyevdi. Qalan futbolçularımız oyuna hazırlaşır. Qış fasiləsində cəlb etdiyimiz oyunçulardan Camal Cəfərovun tam hazır olduğunu deməzdim. Çünki bizə xəstələnərək gəldi. İndi Allaha şükür ki, tam bərpa olunub, hər şey qaydasındadı. “Turan Tovuz”la qarşıdakı oyunda əsas heyətdə yox, ehtiyatda yer alacaq. Amil Yunanov isə maşallah, yaxşıdı, ona inanırıq, güvənirik. Bütün futbolçularımızdan yaxşı oyun gözləyirik”. Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.
O, bu il ilk rəsmi matçdan - “Turan Tovuz”la bugünkü Qərb derbisindən gözləntilərini açıqlayıb: “Çempionatın 2-ci yarısının oyunları həmişə bir az ağır olur. Biz də çalışacağıq ki, bizdən gözləntiləri doğruldaq. İnşallah, elə edək ki, 3 xalla Gəncəyə dönə bilək. Ümumi olaraq qış hazırlıq prosesi bizi razı saldı. Futbolçuların hamısından tam olaraq razı qaldıq. Normal istədyimiz kimi məşqləri etdik, komanda üçün istədiyimiz kimi hazırlıq keçə bildik. Düzdür, tam olaraq istədiyimiz futbolçuları yığa, transferlər edə bilmədik. Amma yenə də uşaqlar bacardıqları qədər maksimum çalışdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Fikirləşirik ki, komanda 1-2 turdan sonra özünü tam formalaşdırıb tam gücüylə oynaya biləcək”.
47 yaşlı Şükürov futbolçu kimi də “Kəpəz”in üzvü olub və Qərb derbisində iştirak edib. Məşqçi kimisə bu, ilk dəfə olacaq: “Həmin derbidi, həmin insanlardı. Sadəcə, biz oynadığımız dövrlə müqayisədə dəyişilən insanların simalarıdı. Yəni o vaxt gənc idilər, indi artıq yaşlanıblar. Amma istəklər həmin eyni istəklərdi ki, bu derbidə qalib gəlsinlər. Bu da təbii ki, bütün futbolçulara təsir edir. Biz də çalışırıq ki, bütün futbolçuları oyuna hazırlaşdıraq, matçın dəyərini hiss etsinlər”.
“Kəpəz”in çalışdırıcısına rəqibin “sükanı arxası”nda olan həmkarı tanış simadı. Belə ki, "Turan Tovuz"un çalışdırıcısı Ayxan Abbasovla “Zirə”də Premyer Liqada ilk illərdə birgə işləyiblər. Abbasov köməkçisi olduğu Şükürovun gedişindən sonra baş məqşqçi postuna təyin olunub. Həmsöhbətimizdən bu məqamla bağlı da fikilərini soruşmaya bilməzdik: “Bu amilin heç bir təsiri yoxdu. Ümumi olaraq bu gün Ayxan Abbasov “Turan Tovuz”un baş məşqçisidi, mən də Allaha çox şükür ”Kəpəz"in. Vəssalam, bundan artıq heç nə".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC