Tsxadadze azarkeşlərdən üzr istədi: "Belə nəticələrlə öz imicimizi aşağı salmış olduq"

"Qəbələ" Azərbaycan Premyer Liqasının XXXII turunda doğma meydanda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.

Presssport.a xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.

- Danışmaq çox çətindir. Qol imkanlarımızı dəyərləndirə bilmədik. Kobud səhvdən qol buraxdıq. Bu, tək bugünkü oyuna aid deyil. Mövsüm ərzində bir çox matçlarda belə olub. Fakt isə faktlığında qalır. Təəssüf ki, sonuncu yerdəyik.

- Gələcəklə bağlı planlarınız nədir?

- Bu gün üçün bir şey deyə bilmərəm. Klub rəhbərliyi ilə yaxşı münasibətimiz var. Gələcəklə bağlı müzakirələr olacaq. 15 il baş məşqçi işləmişəm. Karyeram ərzində 55-60 faiz qələbə göstəricisi var. Amma belə nəticələrlə öz imicimizi aşağı salmış olduq. Qapı xəttindən futbolçu qol vura bilmirsə... İstərdim ki, məsuliyyəti öz üzərimə götürüm. Amma belə vəziyyətdə götürə də bilmirəm. Bura kömək etmək üçün gəlmişdik. Amma nəticə olaraq özümüzü "öldürmüş" olduq.

- Sizcə, AFFA "Qəbələ"nin Premyer Liqada qalması üçün idman prinsiplərini pozmalıdır?

- Federasiyadan gözləntim, istəyim yoxdur. Mən kiməm ki? Baş məşqçiyəm. Qalıb-qalmayacağımla bağlı sual bu gün bilinmir. "Qəbələ"nin növbəti mövsüm harada oynayacağından, şərtlərindən, şəraitindən, klubun ambissiyalarından asılı olan məsələdir. Azarkeşlərdən üzr istəyirəm. Bura çox böyük ümidlə gəlmişdik. Amma bu, baş vermədi. Avropa Liqasının qrupunda oynamış komanda üçün bu durum faciədir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC